"Monteneqro-Azərbaycan əlaqələri yüksək səviyyədədir"

14 Mart 2019 16:04 (UTC+04:00)

"Monteneqro və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir". SİA-nın xəbərinə görə, bu sözləri Monteneqronun prezidenti Milo Dukanoviç prezident İlham Əliyevlə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

"Prezident İlham Əliyevlə görüş zamanı turizm və enerji layihələrinin həyata keçirilməsini müzakirə etdik. Görüşdə həmçinin Xəzər dənizindən qazın Albaniya , Monteneqro və Bosniyadan keçərək bizim regiona çatdırılmasını nəzərdə tutan İon-Adriatik qaz borusu layihəsi müzakirə edildi",- deyə o bildirib.

Onun sözlərinə görə, Monteneqro regionda ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biridir. Milo Dukanoviç Prezident İlham Əliyevi Monteneqroya rəsmi səfərə dəvət edib.