"Dünya ölkələri dayanıqlı inkişafa önəm verməlidir"

14 Mart 2019 15:28 (UTC+04:00)

"Dünya iqtisadiyyatı hazırda dayanıqlı inkişafı təmin etmir. Biz ətraf mühitə böyük mənfi təsir göstəririk. Ətraf mühitdən nəzarətsiz qaydada istifadə olunur, bu da biomüxtəlifliyə mənfi təsir göstərir". SİA-nın xəbərinə görə, bunu Kolumbiya Universitetinin professoru Cefri Saks VII Qlobal Bakı Forumunu çərçivəsində "Davamlı inkişaf üçün çağırışlar" mövzusunda keçirilən paneldə çıxış edərkən deyib.

O bildirib ki, okeanlarda suyun səviyyəsi artır, hava çirklənir, bu da qidaların keyfiyyətinə təsir göstərir: "Bu baxımdan dünya ölkələri dayanıqlı inkişafa önəm verməlidir. XX əsrdə dayanıqlı inkişaf diqqət mərkəzində olsa da, bu sahədə ciddi nailiyyət əldə olunmayıb. Bu baxımdan Skandinaviya ölkələr istisnadır. Ona görə də 2020-2030-cu illərdə dayanıqlı inkişafla bağlı 17 istiqamət müəyyən edilib. Mən praktiki müstəvidə dayanıqlı inkişafla əlaqədar nəticələri görmürəm".