Litva “Brexit”ə hazırlaşır

14 Mart 2019 00:20 (UTC+04:00)

Litvanın xarici işlər naziri Linas Linkyaviçus Böyük Britaniyanın Avropa İttifaqından çıxması tarixinin dəyişdirilməsinin hüquqi münaqişə yaradacağını deyib: “Bu müddətin uzadılması Avropa Parlamentinə seçkilər zamanı qarışıqlığa və fikir ayrılığına gətirib çıxaracaq. Əgər “Brexit” mayın 23-nə qalsa, bunun qorxusu yoxdur, amma vaxtın daha da uzadılması hüquqi münaqişələrə səbəb olacaq”, - deyə xarici işlər naziri bildirib.

AZƏRTAC xəbər verir ki, Linas Linkyaviçus Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının razılaşdırılmadan da ola biləcəyi ehtimalını irəli sürüb. Bu isə bir çox ölkələri pis vəziyyətdə qoya bilər. Litva bu halda hər şeyə hazır olmaq məcburiyyətindədir.