"Qanun layihəsi Azərbaycan təhsilinə töhfədir"

13 Mart 2019 15:12 (UTC+04:00)

“Ümumi təhsil haqqında” qanun təhsil sistemi üçün əhəmiyyətli olan qanun layihəsidir. Bu qanun layihəsinin ortaya çıxması bilavasitə Milli Məclisin Elm və təhsil komitəsinin sədrinin xidmətidir”. SİA-nın xəbərinə görə, bunu deputat Musa Qasımlı Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Qanun layihəsinin Azərbaycan təhsilinə töhfə olduğunu dilə gətirən deputat söyləyib ki, layihədə bu sahədə mövcud olan problemlər, müxtəlif təklifər nəzərə alıb.

M.Qasımlı qanunun dilində heç bir problem olmadığını dilə gətirib: “Qanunun dili ilə bağı heç bir problem yoxdur. Komitədə hazırlanan qanunların dili digərləri üçün norma hesab edilə bilər. Burada heç bir artıq ifadəyə rast gəlinmir. Qanun layihəsi III oxunuşda qəbul edilməlidir”.