"Müəllimlərin əməkhaqlarının artırılması üçün mütəmadi işlər aparılır"

13 Mart 2019 15:03 (UTC+04:00)

“Ümumi təhsil haqqında” qanun layihəsi Milli Məclisə 3-cü oxunuş üçün təqdim edilə bilər". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı repetitorluğun qarşısının alınması məsələsi qaldırılıb: “Təklif olunan müddəalardan biri budur ki, repetitorluğun qarşısının alınması üçün müəllimlərin əməkhaqlarının qaldırılması vacibdir”.

İ.Həbibbəyli Azərbaycanda müəllimlərin əməkhaqlarının artırılması üçün mütəmadi olaraq, işlərin aparıldığını deyib: " Azərbaycanda təhsil, elim işçilərin əmək haqları ardıcıl olaraq qaldırılır. Bu istiqamətdə ölkə başçısı tərəfindən sosialyönümlü siyasət həyata keçirilir".

Qanun layihəsinin Milli Məclisin plenar iclasına III oxunuş üçün təqdim edilməsi qərara alınıb.