Novruz tonqallarında 9 nəfər yanıb

13 Mart 2019 10:05 (UTC+04:00)

Martın 12-də Bakıda 9 nəfər Yel çərşənbəsi günü ilə əlaqədar qalanan tonqaldan yanıq xəsarətləri alıb. Səhiyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, həmin şəxslər Respublika Yanıq Mərkəzinə gətiriliblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar.

Zərərçəkənlərin xəsarətləri ağır olmayıb.