"Azərbaycanda kök hüceyrə mərkəzi yaradılmalıdır"

12 Mart 2019 16:25 (UTC+04:00)

“Azərbaycanda kök hüceyrə mərkəzi yaradılmalıdır. Artıq ölkə rəhbərliyinin də bundan xəbəri var”. Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhaliman Əmraslanov parlamentdə orqan transplantasiyası ilə bağlı keçirilən dinləmlərdə çıxış edərkən deyib.

O bildirib ki, kök hüceyrə mərkəzində qan, kök hüceyrə bankı olacaq: “Bu gün təkcə İstanbulda 40-dan artıq kök hüceyrə mərkəzi var. MDB ölkələrində də bir neçə belə mərkəz fəaliyyət göstərir. Mən əminəm ki, Azərbaycanda da belə mərkəz yaranacaq. Mərkəz əsasnaməyə uyğun olaraq fəaliyyət göstərəcək”.