Bolqarıstanda qızılca xəstəliyinə yoluxanlar artır

6 Mart 2019 02:06 (UTC+04:00)

Bolqarıstanda qızılca xəstəliyinə yoluxanların sayı 51 nəfərə çatıb. Bu barədə Bolqarıstanın baş səhiyyə inspektoru Anqel Kunçev məlumat verib. Xəstələnənlərin 90 faizi qızılcaya qarşı peyvənd edilməyib. Ən çox yoluxanlar ölkənin cənub-qərbində Blaqoevqrad bölgəsində qeydə alınıb.

Qeyd edək ki, 2018-ci ildə Bolqarıstanda yalnız 13 qızılca xəstəliyinə yoluxma halı olmuşdu.