Səmranın yeni imici FOTOLAR

28 Fevral 2019 12:18 (UTC+04:00)

Müğənni Səmra Rəhimli görünüşündə dəyişiklik etdirib. SİA-nın məlumatına görə, hər zaman buruq saçlarla görünən ifaçı onları düzləşdirib və fərqli makiyaj etdirib.

Səmranın yeni görünüşü üzərində stilist Anar Ağakişiyev çalışıb. İfaçı yeni görünüşdə olan şəkillərini "İnstagram" səhifəsində yayımlayıb.

İzləyicilərin əksəriyyəti Səmraya yeni görünüşün yaraşmadığını, onu daha yaşlı göstərdiyini, əvvəlki halını çox bəyəndiklərini qeyd ediblər. Bəziləri isə Anarın Səmranı yaxşı ki, dəyişdiyini, onu hər zaman eyni görməkdən yorulduqlarını yazıblar.