Türkiyədə daha bir ağır yol qəzası baş verib

23 Fevral 2019 17:49 (UTC+04:00)

Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, tarla işçilərini daşıyan avtobusun aşması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Bildirilir ki, Mersin dövlət xəstəxanasına çatdırılan yaralılardan ikisinin vəziyyəti ağırdır.