Kaliforniyada qazlı şirin içkilər qadağan ediləcək?

23 Fevral 2019 16:45 (UTC+04:00)

Kaliforniya qanunvericiləri bu ştatın sakinləri tərəfindən qazlı şirin içkilər istehlakını azaltmaq məqsədilə həmin içkilər üçün vergilər tətbiq edilməsi barədə beş qanun layihəsi təqdim ediblər. Hesab edilir ki, bu cür içkilər piylənməyə, ürək-damar xəstəliklərə diabetə və sağlamlıqla bağlı başqa problemlərə yol açır. SİA xəbər verir ki, Kaliforniya qanunverici məclisinin üzvləri tərəfindən təklif edilən tədbirlər bunlardır: əlavə vergi, qazlı şirin su şüşələrinin üzərində xəbərdaredici mətnlər yazılması, belə içkilərin böyük ölçülü butulkalarda satışının qadağan edilməsi, qazlı içki butulkalarının kassaların yanında yerləşdirilməsi, habelə “Coca-Cola” və “PepsiCo” kimi şirkətlər tərəfindən şirin içkilərin mağazalarda və barlarda reklamının qadağan edilməsi, həmin şirkətlərin məhsullarının pərakəndə satış sistemində güzəştli qiymətlərlə təklif edilməməsi və s.