Nuriyyə Hüseynovadan "Eşq bir sirdir" - KONSERT

23 Fevral 2019 12:10 (UTC+04:00)

İyunun 5-də Heydər Əliyev Sarayında Əməkdar artist, xanəndə Nuriyyə Hüseynovanın solo konserti olacaq. SİA-nın məlumatın agörə, konsertdə Nuriyyə Hüseynova repertuarında yer alan və sevilən mahnıların daxil olduğu yeni konsert proqramı ilə çıxış edəcək. Konsertdə muğam ifaları da yer alacaq. Musiqili gecənin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə etmək olar.