Özbəkistan DTT-yə üzv ola bilər

23 Fevral 2019 09:25 (UTC+04:00)

Özbəkistan iki il ərzində Dünya Ticarət Təşkilatının üzvü ola bilər. Xəbər verilir ki, bu barədə Özbəkistanda səfərdə olan Dünya Ticarət Təşkialtı baş direktorunun müavini Alan Vulf jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, Özbəkistan iqtisadiyyatının inkişafı təşkilata üzv olmasına şərait yaradır. Hazırda Özbəkistan pambıq ixracına görə beşinci yerdədir və bu sahə inkişaf etdirilir. Ölkə üçün xarici bazarların açılması və iqtisadi islahatların aparılması öz müsbət nəticəsini verir.