Qubada keçmiş məhkum adam bıçaqlayıb

23 Fevral 2019 02:03 (UTC+04:00)

Qubada keçmiş məhkum adam bıçaqlayıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba rayon sakini Rafiq Əliməmmədovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər məhkum olunmuş 59 yaşlı Zakir Məmmədov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, R.Əliməmmədova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib. Faktla bağlı araşdırmalar aparılır.