"Çelsi" FIFA-nın qərarına etiraz edəcək

23 Fevral 2019 05:26 (UTC+04:00)

İngiltərə təmsilçisi "Çelsi" FIFA-nın kluba transfer qadağası çıxarması ilə bağlı apellyasiya şikayəti verəcəklərini açıqlayıb. Belə ki, "zadəganlar" rəsmi saytı vasitəsilə qurumun İntizam Komitəsinin qərarına tezliklə etiraz edəcəklərini bildirib. Həmçinin İngiltərə təmsilçisinin mövcud qaydalar çərçivəsində fəaliyyət göstərdiyi vurğulanıb.

Qeyd edək ki, FIFA-nın qərarına əsasən "Çelsi" iki transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək.