Çin, Rusiya və Hindistan XİN başçılarının görüşü gözlənilir

22 Fevral 2019 10:40 (UTC+04:00)

Çin, Rusiya və Hindistanın xarici siyasət idarələrinin rəhbərlərinin növbəti – 16-cı görüşü fevralın 27-də Çinin Ucen şəhərində keçiriləcək. Çinin Xarici İşlər Nazirliyi xəbər verir ki, nazirlər Van İ, Sergey Lavrov və xanım Suşma Svarac beynəlxalq və regional məsələləri, dünyada sülhün, sabitliyin və inkişafın təminatı ilə bağlı birgə maraq doğuran mövzuları müzakirə edəcəklər.

On ildən çoxdur yaradılan Çin-Rusiya-Hindistan danışıqlar mexanizmi tərəflər arasında ümumi maraq doğuran məsələlərə dair ünsiyyət və əlaqələndirmənin təşkilinə xidmət edir. Sonuncu bu cür görüş 2017-ci ildə Dehlidə baş tutub.