Hərbi anbarın yandırılmasının qarşısı alınıb

22 Fevral 2019 10:04 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələrinə məxsus hərbi anbarın yandırılmasının qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, hazırda hüquq-mühafizə orqanları operativ istintaq hərəkətlərini davam etdirir.

Xatırladaq ki, fevralın 1-də meşəlik ərazidə Ukrayna Silahlı Qüvvələrinin silah anbarının yaxınlığındakı mühafizə zonasına yaxınlaşan üç şübhəli vətəndaş aşkarlanaraq tutulub. Həmin şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.