İslam irfan ənənəsinin inkişafında Nəsiminin rolu müzakirə olunacaq - KONFRANS

22 Fevral 2019 09:26 (UTC+04:00)

Aprelin 19-da Azərbaycan İlahiyyat İnstitutunda İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan elmi-praktik konfrans keçiriləcək. SİA-nın məlumatına görə, İslam irfan ənənəsinin inkişafında İmadəddin Nəsiminin rolu mövzusunda müzakirələrin aparılacağı konfransın məqsədi elmi-tədqiqatların təqdimatı, müzakirəsi və məlumat mübadiləsidir.

Konfransda məruzə ilə çıxış etmək istəyənlər məqalələrini nasimikonfrans2019@gmail.com elektron ünvanına yollaya bilərlər.