Türkiyəli aktrisa sevgilisindən ayrılıb

22 Fevral 2019 06:02 (UTC+04:00)

Aktrisa Hande Subaşı sevgilisi Volkan Düzgündən ayrılıb. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük Handenin keçmiş həyat yoldaşı Can Tursana görə münasibətə son qoyub. Aktrisa bu barədə açıqlama verib: "Münasibətimiz bitdi. Canla isə əlaqələrimiz hazırda yaxşıdır. Həyatımda heş kim yoxdur". İddialara görə, Volkan artıq Canın Handeyə menecerlik etməməsini istəyib. Subaşı isə buna qarşı çıxıb.