Fellaini Jose Mourinyo haqqında danışıb

22 Fevral 2019 04:18 (UTC+04:00)

Çinin "Şandonq Lunen" klubunun futbolçusu Maruan Fellaini sabiq baş məşqçisi Jose Mourinyo haqqında danışıb. Belçikalı yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında “mankunyanlar”dan ayrılmasının səbəblərindən biri kimi Mourinyonun komandadan gedişini göstərib: "Futbolda hər şey ola bilər. Mourinyo ayrılanda klubla müqaviləm davam edirdi. O, ayrılmasaydı, komandada qala bilərdim".

Qeyd edək ki, cari mövsüm “MY”-də 21 oyunda 2 qol vuran Fellaini bu ayın əvvəlində Çin klubuna keçib.