İŞİD-i maliyyələşdirən ən böyük şəbəkə aşkarlanıb

21 Fevral 2019 17:11 (UTC+04:00)

İŞİD terror təşkilatı meydana çıxandan indiyədək terror təşkilatını maliyyələşdirən ən böyük şəbəkənin aşkarlandığını bildirilib. SİA Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın Kəşfiyyat İdarəsi bəyanat verib.

Kəşfiyyat İdarəsinin bəyanatında bildirilib ki, bu İraq tarixində İŞİD-i maliyyələşdirən ən böyük şəbəkədir. İraq Kəşfiyyat İdarəsi bildirib ki, bu şəbəkənin şöbələri İraq xaricində bir neçə ölkədə yerləşir.