XVII turun ən yaxşısı Amil Yunanovdur

21 Fevral 2019 16:25 (UTC+04:00)

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XVII turunun ən yaxşı futbolçusu məlum olub. SİA-nın məlumatına görə, bu, “Keşlə”in hücumçusu Amil Yunanovdur.

“Sumqayıt”a qarşı görüşdə 90 dəqiqə meydanda olan futbolçu bir qolla yadda qalıb. Araşdırmalara əsasən Amil Yunanov turun ən yaxşı indeksə malik futbolçusudur.