Aygün bu dəfə klipə David Vendettayla çəkildi VİDEO

21 Fevral 2019 13:31 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova “Duy” adlı mahnısına klip çəkdirib. SİA-nın məlumatına görə, dünyaca məşhur DJ David Vendettanın da rol aldığı ekran işini Fuad Əlişov ərsəyə gətirib.

Klip Türkiyənin məşhur “NetD” musiqi portalında yerləşdirilib.

Ekran işində Vendetta və Aygün arasında səmimi mesajlaşmalar diqqət çəkir. Lakin bu mesajlaşmalar sözügedən “Youtube” kanalında ingilis dilində həyata keçirilsə də, bildirilir ki, “MTV Azərbaycan” kanalında Azərbaycan dilindədir.

Qeyd edək ki, Kazımova bundan öncə dünya şöhrətli reper Snup Duqla klip çəkdirmişdi.