Azərbaycanın opera solistləri Böyük Teatrda çıxış edəcək - KONSERT

21 Fevral 2019 11:33 (UTC+04:00)

Aprelin 6-7-də və mayın 25-26-da Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “İolanta” operası nümayiş olunacaq. SİA-nın məlumatına görə, mayın 25-də səhnə əsərində İolantanı Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) canlandıracaq.

Operanın nümayiş etdiriləcəyi bütün tarixlərdə mavritaniyalı həkim İbn Hakianın partiyasını Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.