Güləşçilərimiz Qran Pri turnirində yarışacaqlar - FOTO

21 Fevral 2019 10:32 (UTC+04:00)

Fevralın 23-24-də Macarıstanın Dyor şəhərində yunan-Roma güləşi üzrə Qran Pri turniri keçiriləcək. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reytinq xarakterli turnirdə ölkəmizi 3 pəhləvan təmsil edəcək.

Baş məşqçi Şaban Donatın rəhbərliyi altında Murad Məmmədov (60 kq), İslam Abbasov (87 kq) və Sabah Şəriəti (130 kq) Macarıstanda mübarizə aparacaq.