Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb

21 Fevral 2019 03:06 (UTC+04:00)

2019-cu il yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 milyard 375,4 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrunə nisbətən 24,1 faiz artıb, onların əhaliyə aid bank əmanətlərinin ümumi məbləğində xüsusi çəkisi isə il ərzində 33,5 faizdən 37,5 faizədək yüksəlib. Xarici valyutada olan əmanətlər 2018-ci il yanvarın 1-i ilə müqayisədə 4,1 faiz artıb.