"Qarabağ"ın keçmiş futbolçusu klubundan ayrılıb

20 Fevral 2019 19:38 (UTC+04:00)

"Qarabağ"ın sabiq futbolçusu Çumbinyo ötən ay keçdiyi Braziliyanın "İnter de Limeyra" klubundan ayrılıb. Qol.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin yeni komandası da bəllidir. Braziliyalı futbolçu ölkəsinin C seriyasında çıxış edən "Yuventude" ilə anlaşıb. Onun bugünlərdə yeni klubu ilə müqavilə imzalayacağı bildirilir. Qeyd edək ki, Çumbinyo 2013-2015-ci illərdə "Qarabağ"da oynayıb.