Türkiyədə məktəbdə kütləvi zəhərlənmə baş verib

20 Fevral 2019 16:42 (UTC+04:00)

Türkiyənin Bursa şəhərinin Yıldırım bölgəsindəki məktəblərdən birində şagirdlərin kütləvi zəhərlənməsi qeydə alınıb. SİA xəbər verir ki, şagirdlər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara yerləşdiriliblər.

Məktəbə çox sayda polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.