Prezident Teatr binasının təmiri üçün 2 milyon manat ayırdı

20 Fevral 2019 14:36 (UTC+04:00)

Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasının əsaslı təmiri və yenidən qurulması işləri haqqında Sərəncam imzalayıb.

SİA xəbər verir ki, sərəncama əsasən, teatr binasının əsaslı təmirinin və yenidən qurulma işlərinin davam etdirilməsi məqsədi ilə Mədəniyyət Nazirliyinə 2,0 milyon manat vəsait ayrılıb.