Lavrov Komitənin yaradılmasının son mərhələyə çatdığını bildirib

20 Fevral 2019 14:22 (UTC+04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya konstitusiya komitəsinin formalaşdırılması prosesinin son mərhələsindən danışıb. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, nazir qeyd edib ki, 2018-ci ilin yanvarında Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsi böyük diplomatik uğur idi.

"Bu konqresin qərarları əsasında bütün siyasi qüvvələrin iştirakı ilə konstitusiya komitəsinin qurulması üçün bütün şərtlər formalaşdırılıb", - Lavrov Rusiya BMT-nin daimi nümayəndəsi Vitaly Çurkinin xatirəsinə həsr olunmuş konfransda bildirib.