Neslihanla Kadir 1 milyonluq müqaviləyə imza atdılar FOTO

20 Fevral 2019 17:30 (UTC+04:00)

Keçən il eynək markalarının biri üçün fotokamera önünə keçən aktrisa Neslihan Atagül və aktyor əri Kadir Doğulu bu il də həmin reklam firması ilə işləməyə qərar veriblər. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, onları həmin eynəkləri yenidən reklam etdikləri üçün satışı artıb. İddialara görə məşhur cütlük sözügedən reklam şirkəti ilə imzaladıqları müqavilə üçün 1 milyon 500 min TL maddi gəlir əldə edəcəklər.

Qeyd edək ki, Neslihan Atagül 2018-ci ildə "Kadirlə yenidən eyni layihədə yer almaq istəyirəm" sözlərini demişdi.