Minsk Qrupu həmsədrləri İrəvandadırlar

20 Fevral 2019 11:11 (UTC+04:00)

ATƏT-in Minsk Qrupu həmsədrləri İrəvana gediblər. Bu barədə Ermənistana məxsus aysor.am saytında da məlumat verilib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan sözügedən sayta məlumat verib ki, həmsədrlər baş nazir Nikol Paşinyanla və XİN rəhbəri Zoqrab Mnasakanyanla görüşüb.

Məlumat verilib ki, sabah həmsədrlər Bakıya yola düşəcəklər.