"Liverpul"-"Bavariya" oyununda qalib müəyyənləşməyib

20 Fevral 2019 09:21 (UTC+04:00)

Fevralın 19-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki görüş keçirilib. SİA xəbər verir ki, turnirin son finalçısı "Liverpul" doğma azarkeşlər önündə "Bavariya"nı, "Lion" isə "Barselona"nı qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən hər iki görüşdə qalib müəyyənləşməyib (0:0).

Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 13-də keçiriləcək.