Yanvarda ən çox məhsul idxal etdiyimiz ölkələr açıqlandı

18 Fevral 2019 21:38 (UTC+04:00)

Azərbaycan keçən ay ən çox Rusiyadan məhsul idxal edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, yanvarda ölkəyə ən çox Rusiya, Türkiyə və Çindən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 120 milyon 644 min ABŞ dolları, Türkiyədən 92 milyon 310 min dollar, Çindən isə 87 milyon 481 min dollar olub.