100-dən artıq əsgərin ölümü araşdırılacaq

18 Fevral 2019 10:17 (UTC+04:00)

Ermənistanda müəmmalı əsgər ölümlərini araşdırmaq üçün xüsusi komissiya yaradılacaq. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, İstintaq Komitəsi və 10 ictimai təşkilat bu barədə razılaşma əldə ediblər.

Razılaşmaya əsasən, yaradılacaq İşçi Qrup müəmmalı şəraitdə ölən 100-dən artıq hərbçinin cinayət işinə yenidən baxacaq.