ABŞ Avropa ölkələrini İŞİD yaraqlılarını "geri götürməy"ə çağırıb

17 Fevral 2019 11:36 (UTC+04:00)

Amerika lideri Donald Tramp Avropa İttifaqı ölkələrini İŞİD terror qruplaşmasının 800-dən çox yaraqlısını "geri götürməy"ə və onları məhkəmə qarşısına çıxartmağa çağırıb. SİA-nın məlumatına görə, o bunu "Twitter" mikrobloqunda yazıb.

"Birləşmiş Ştatlar Böyük Britaniya, Fransa, Almaniya və Avropadan olan digər müttəfiqlərindən Suriyada yaxaladığımız 800-dən çox İŞİD yaraqlısını geri götürməyi və onları məhkəmə qarşısına çıxartmağı xahiş edir", - deyə Tramp bildirib.

O əlavə edib ki, "alternativ variant heç də yaxşı deyil", yəni ABŞ onları azad etmək məcburiyyətində qalacaq. Daha əvvəl KİV ABŞ-ın öz qoşunlarını Suriyadan tamamilə çıxartmaq niyyətində olduğunu yazıb.