Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub STATİSTİKA

16 Fevral 2019 18:22 (UTC+04:00)

Ötən mövsüm ölkə üzrə 6,3 min ton tütün istehsal olunub. Bu rəqəm inişil 5,3 min ton olmuşdur. Beləliklə, məhsul istehsalı 18,9 faiz artıb. Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tütün sahələrində məhsuldarlıq 2017-ci ildə hektara 16,6 sentner, 2018-ci ildə isə 19,0 sentner təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 3,4 min hektarda tütün əkilib.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nda 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min hektara, tütün istehsalının isə 12 min tona çatdırılması nəzərdə tutulur.