Nərimanov rayon sakinindən tapança aşkarlanıb

16 Fevral 2019 17:44 (UTC+04:00)

Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində mütəmadi qaydada həyata keçirilən əməliyyat və profilaktiki tədbirlər uğurla nəticələnir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Sadıqov saxlanılıb. Ondan “Browing” markalı tapança, bir patron darağı və üç patron aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.