ŞOK: Cinayət xəbərlərini oxuyan qadınlarda stress hormonu artır!

17 Fevral 2019 01:11 (UTC+04:00)

Qəzetlərdə cinayət xəbərlərini oxuyandan sonra qadınlarda stress hormonu artır. Kanadalı alimlərin araşdırmasına görə, bu cür xəbərlərə kişilərdən fərqli olaraq qadınlar daha həssas reaksiya verir.

Araşdırma çərçivəsində alimlər qəza və cinayətlə bağlı üzücü xəbərlərlə yanaşı, hər hansı emosional reaksiya doğurmayan xəbərləri də seçib. Qadın və kişilərdən ibarət təcrübə “obyektləri” hər iki növdən olan 24 xəbəri 10 dəqiqə ərzində oxuyub. Stress testinə salınan bu şəxslərin tüpürcək nümunələrindəki xortizol səviyyəsi ölçülüb.

Məlum olub ki, mənfi yüklü xəbərləri oxuyan qadınlarda daha çox stress hormonu yaranır. Eyni durum kişilər üçün keçərli deyil. Çünki onların əhvalı belə xəbərlərdən sonra dəyişmir.