İndoneziyada güclü zəlzələ baş verib

16 Fevral 2019 15:55 (UTC+04:00)

İndoneziyanın Papua əyalətində 5,4 bal gücündə zəlzələ baş verib. SİA "Anadolu"ya istinadən məlumat verir ki, bu barədə Milli Meteorologiya, klimatoloji və geofizika idarəsi məlumat yayıb.

Zəlzələnin ocağı Jayapura şəhərindən 47 km şimal-qərbində yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.

Tsunami təhlükəsi yoxdur.