VII Muğam Televiziya Müsabiqəsində 20 nəfər vəsiqə qazanıb -ÖZƏL

16 Fevral 2019 12:55 (UTC+04:00)

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Mədəniyyət Nazirliyinin iştirakı və AzTV-nin təşkilatçılığı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin Bakı şəhəri üzrə sonuncu seçim turu keçirilib. SİA-nın məlumatına görə, ümumilikdə seçim turlarında 400-dən çox ifaçı iştirak edib.

Bölgələr üzrə 30, Bakı şəhəri üzrə 40 nəfər həlledici seçimə qatılıb. Bu 70 gəncdən 20 nəfəri müsabiqədə yarışmaq üçün vəsiqə qazanıb. Münsiflər heyətinin üzvləri - Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi iştirakçıları dinləyib.

Müsabiqənin yolunu həsrətlə gözləyən tamaşaçılar Novruz bayramı ərəfəsində yeni səsləri, gənc ifaçıları tanıma imkanı əldə edəcəklər.