Bakı sakinində silah aşkarlandı

16 Fevral 2019 14:51 (UTC+04:00)

Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsi əməkdaşlarının əldə etdiyi məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini E.Sadıqov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan “Browing” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.