Polis oğrunu iş başında yaxaladı

16 Fevral 2019 12:19 (UTC+04:00)

Fevralın 16-da saat 1 radələrində paytaxtın Nizami rayonunun Ə.Hacıyev küçəsində “Hyundai” markalı avtomobilin qapısını bıçaqla açmağa cəhd göstərən şəxs ərazidə xidmət aparan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, 25-ci Polis Şöbəsinə təhvil verilən həmin şəxsin Lənkəran rayon sakini C.Hacızadə olduğu müəyyən edilib. Araşdırma aparılır.