Yaşayış evi çökdü 14 nəfər zərər çəkdi

16 Fevral 2019 12:07 (UTC+04:00)

Çinin Fujian əyalətində yaşayış evinin çökməsi nəticəsində minimum 14 nəfər ziyan çəkib. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, zərərçəkənlər hospitallaşdırılıb. 1 nəfəri daha ağır, 13 nəfəri isə nisbətən zəif travma alıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatları həyata keçirilir. Xilasetmə əməliyyatına 11 yanğınsöndürən, 100 nəfər xilasedici, 5 it cəlb olunub.

Evin çökməsinin səbəblərinin araşdırılmasına başlanılıb. Evin sahibi polis tərəfindən saxlanılıb.