ABŞ-dakı aktiv neft qazma qurğularının sayı artıb

16 Fevral 2019 11:39 (UTC+04:00)

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı çoxalıb. SİA xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd artaraq 1051 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 76 ədəd çoxdur.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd çoxalaraq 857 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 59 ədəd artıqdır.

Ölkədəki aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd azalaraq 194 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd çoxalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.