CHP-də istefa: "Kılıçdaroğlunun ədalətə zidd mövqeyini pisləyirəm"

15 Fevral 2019 20:37 (UTC+04:00)

Ötən il Türkiyə Daxili İşlər Nazirliyində vəzifədən kənarlaşdırılan İstanbulun Beşiktaş rayonundan keçmiş bələdiyyə sədri Murad Xəzinədar CHP-dən istefa verib. Axar.az xəbər verir ki, M. Xəzinədar istefa ərizəsində CHP rəhbəri Kamal Kılıçdaroğlunu sərt tənqid edib.

O qeyd edib ki, partiya daxilində ona qarşı tələ qurulub. CHP-də siyasi etika, haqq, hüquq, ədalət baxımından dürüstlük olmayıb: "CHP daxilində problemli siyasət anlayışına qarşı illərlə mübarizə apardım. Partiya başqanının mənə qarşı qurulan oyunlardan xəbəri olmasına rəğmən, heç bir addım atmadı. Onun haqq, ədalətə zidd mövqeyini pisləyirəm".