Ümumdünya Xüsusi Yay Oyunlarında 56 idmançımız iştirak edəcək

16 Fevral 2019 04:19 (UTC+04:00)

Martın 14-dən 22-dək Birləşmiş Ərəb Əmirliklərində Ümumdünya Xüsusi Yay Oyunları keçiriləcək. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin məlumatında deyilir ki, yarışlarda Azərbaycanı 56 idmançı təmsil edəcək. Atletlərimiz idmanın on növü üzrə güclərini sınayacaqlar.