Türkiyədə antiterror əməliyyatlarında 11 nəfər saxlanılıb

15 Fevral 2019 18:52 (UTC+04:00)

Türkiyənin Şırnak bölgəsində səhər saatlarında başlanan antiterror əməliyyatlarında 11 nəfər saxlanılıb. SİA Anadolu Agentliyinə istinadla xəbər verir ki, saxlanılanlar terror təşkilatı PKK-ya yardımda təqsirləndirilirlər. Polis şübhəlilərin ev və iş yerlərinə baxış zamanı istintaqa lazım olan xeyli material aşkarlayıb.