İranda təyyarə qəzaya uğradı

15 Fevral 2019 17:13 (UTC+04:00)

İranın Kaşmar şəhərinə yaxın yerləşən Xurasan əyalətində yüngül təlim təyyarəsi qəzaya uğrayıb. SİA-nın xəbərinə bu barədə İranın təcili yardım nümayəndəsi Məhəmməd Əlişahi açıqlayıb

“Hadisə saat 11:00-da (yerli saatla) baş verib. Təyyarənin idarə heyətində olan iki nəfər həlak olub”,- deyə o bildirib.

İlkin versiyaya görə, qəzaya səbəb təlim təyyarəsində olan texniki problem olub.