Şəhriyar Rəhimov: "Qalibiyyətə köklənmişik"

15 Fevral 2019 17:14 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, "Səbail” Premyer Liqanın 17-ci turunda "Sabah”la üz-üzə gələcək. SİA-nın məlumatına görə, "Səbail"in müdafiəçisi Şəhriyar Rəhimov klubun sosial şəbəkə hesabına sözügedən qarşılaşma barədə fikirlərini bildirib: "Sabah” komandası ilə oyunda şanslarımızı reallaşdıra bilsək, 3 xal qazanacağımıza inanıram. Biz qalibiyyətə köklənmişik!”

Qeyd edək ki, "Səbail” - "Sabah” matçı fevralın 17-də, saat 15:00-da başlayacaq.